A

Radio UNEC-də “Tələbə Rektoru” verilişinin növbəti buraxılışı efirdə olub.

Verilişin qonağı UNEC-in Tələbə Rektoru Ayan Cavadzadə olub.

Çıxışı zamanı Ayan Cavadzadə tələbə rektorluğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, eləcə də qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verib. O, tələbələrin universitet həyatında daha fəal iştirakının vacibliyini xüsusi vurğulayıb.

Çıxışının sonunda Tələbə Rektoru qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün UNEC tələbələrini səmimi qəlbdən təbrik edib. Eyni zamanda, imtahan sessiyasında tələbələrə uğurlar arzulayaraq onlara hər zaman dəstək olduğunu bildirib.

Proqramın audioyazısını dinləyə bilərsiniz:

TOP XƏBƏRLƏR