UNEC Radio-da Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə rektoru Ayan Cavadzadə verilişin qonağı olub.
Veriliş zamanı Tələbə Rektor universitetdə son dövrlərdə həyata keçirilən fəaliyyətlər, təşkil olunan tədbirlər və tələbə həyatının inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verib.
O, xüsusilə tələbələrin sosial aktivliyinin artırılması, müxtəlif layihələrin icrası və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb.
Qeyd edib ki, bu təşəbbüslər tələbələrin həm şəxsi inkişafına, həm də universitet mühitinin daha aktiv və dinamik formalaşmasına mühüm töhfə verir.