A

UNEC Radio-da Xarici Dillərin Tədrisi Mərkəzinin dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş xüsusi radio proqramı yayımlanıb.

Budəfəki buraxılışda tələbələr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi, ideoloji mahiyyəti və müxtəlif ölkələrdə qeyd olunma formaları haqqında ingilis dilində ətraflı məlumat veriblər. Proqramın əsas məqsədi milli həmrəyliyin beynəlxalq miqyasda təbliği və gənclərin bu istiqamətdə maarifləndirilməsi olub.

Verilişin qonaqları Biznes və menecment fakültəsinin tələbələri Ümid Cəlilov və Ayxan Ağa, eləcə də İSE məzunu, hazırda UNEC MBA proqramında təhsil alan Sajda Ali olublar.

Əslən Pakistanlı olan Sajda Ali çıxışı zamanı Pakistan xalqının Azərbaycanla göstərdiyi həmrəyliyə diqqət çəkib, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, həmçinin Pakistanın müstəqillik tarixinə qısa nəzər salaraq milli birlik və həmrəyliyin ölkələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay