Bakı şəhəri Nəsimi rayonu 16 nömrəli Texniki-humanitar liseyin 40-a yaxın abituriyenti “UNEC-i tanı” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və 16 nömrəli Texniki- humanitar liseyin təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər və müəllimlər UNEC-in əsas tədris binası ilə tanış olublar.
Səfərdə abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, tələbə təşkilatları, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar oxu zalı, Bloomberg laboratoriyası, UNEC Extern Mərkəzi, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, Memorial-Xatirə Kompleksi, 24/7 kitabxana, akt zalı ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.