Hədəf liseyinin Abşeron filialının 20-yə yaxın abituriyenti “UNEC-i tanı” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Hədəf” liseyinin Abşeron filialının təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər UNEC-in əsas tədris binası ilə tanış olublar.
Abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, tələbə təşkilatları, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar oxu zalı, Kariyera Mərkəzi, İmtahan Mərkəzi, UNEC Muzey, Memorial-Xatirə Kompleksi, 24/7 kitabxana, akt zalı ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.