“Hədəf” liseyinin Masazır filialının 20-dən çox abituriyenti “UNEC-i tanı” layihəsində iştirak edib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və “Hədəf” liseyinin Masazır filialının təşkilatçılığı ilə baş tutan görüşdə abituriyentlər UNEC-in əsas tədris binası ilə tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Şirinova abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, tələbə təşkilatları, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar oxu zalı, Bloomberg laboratoriyası, UNEC Extern Mərkəzi, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, Memorial-Xatirə Kompleksi, 24/7 kitabxana, akt zalı ilə tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-i tanı” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.