A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşıyeva Bakı şəhəri Binəqədi rayonu 267 nömrəli məktəb-liseyin və Nəsimi rayonu Texniki-humanitar liseyin yuxarı sinif şagirdləri ilə görüşüb.

UNEC-i abituriyentlərə yaxından tanıtmaq məqsədilə təşkil olunan görüşlərdə şagirdlərə universitetin fakültələri, ixtisaslar, əyani və qiyabi təhsil, filiallar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib. Şagirdlər “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay