A

Azərbaycan Dövlət İqtisad Universitetinin 1974-cü il məzunları 48 ildən sonra təhsil aldıqları universitetdə görüşüblər.

Əmtəəşünaslıq fakültəsinin 964-cü qrupunun məzunları ilk öncə şəhidlərin Memorial kompleksini ziyarət edərək, onların əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra 48 il öncə təhsil aldıqları auditoriyada yenidən parta arxasında əyləşərək, tələbəlik illərinin həyəcanını yaşayıblar. Həmçinin böyük akt zalı, oxu zalı, 7/24 kitabxanasında olublar.

Məzunlar universitet yeməkxanasında qrup yoldaşları Səfər Əliyevin 70 yaşını qeyd edərək, tort kəsiblər. Çay süfrəsi arxasında tələbəlik dövrləri, müəllimləri ilə bağlı xoş xatirələrini paylaşıblar.

Görüş zamanı üzərində məzun olduqları il və qrup nömrəsinin həkk olunduğu Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi olan xalça universitetə hədiyyə edilib.

Sonda xatirə fotosu çəkdirən məzunlar UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay