A

Bakı, 21 avqust, AZƏRTAC

Dövlət Proqramının Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasında böyük əhəmiyyəti var. Xaricdə təhsil alarkən yeni təcrübə və biliklər qazanırıq ki, bunları ölkəyə qayıtdıqdan sonra real iş mühitində tətbiq edə bilərik.

Proqram sayəsində ölkə gəncləri özlərini daha yaxşı inkişaf etdirmək şansı qazanırlar. Biz gənclər yüksək potensialımız, qazandığımız elmi biliklər ilə gələcəkdə ölkənin inkişafına xidmət edəcəyik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsilini Britaniyanın Kardiff Universitetində davam etdirən Mirseyid Rəcəbov deyib. O qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasını bakalavr olaraq bitirdikdən sonra magistratura təhsilini nisbətən fərqli ixtisasda almaq qərarına gəlib: “Data sahəsinə marağım olduğu üçün, eləcə də potensialımı nəzərə alaraq data analitikası ixtisasını seçdim. Bir sıra fərqli universitetlərə müraciət etmişdim, lakin ən erkən cavab Kardiff Universitetindən gəldi və mən qərarımı verdim.

M.Rəcəbov təhsilini başa vurduqdan sonra Azərbaycanda öz sahəsi üzrə işləmək istəyir: “Data analitikası hazırda çox sürətlə inkişaf edən bir sahədir. Ölkəmiz də bu inkişafdan geri qalmamalıdır. Bu sahəyə maraq gənclər arasında olduqca populyardır. Ümidvaram ki, bu sahə gələcəkdə Azərbaycanda daha da inkişaf edəcək. Mən də bu inkişafın bir parçası olmaq istəyirəm”.

Mirseyid Rəcəbov 2002-ci ildə Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2020-ci ildə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbi bitirib. 592 balla UNEC-in Maliyyə (Azərbaycan bölməsi) ixtisasına qəbul olub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay