A

UNEC-in Mühəndislik fakültəsində “Universitet-Sənaye” əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə “Auditoriyada məzun var” proqramı çərçivəsində universitetə qonaq məruzəçi dəvət edilib.

Fakültənin 2003-cü il məzunu Şamo Muradov “Sənaye mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə “Sertifikatlaşdırma: mövcud vəziyyət və yeni çağırışlar” adlı mövzunu real nümunələr üzərindən tədris edib.

Tədris etdiyi praktik dərsdən sonra o, tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, hazırda “INCERT MMC”nin direktoru olan və keyfiyyətin idarə edilməsi, metrologiya, standartlaşdırma, sertifikasiya sahələrində ümumilikdə 20 ildən çox iş təcrübəsinə malik olan Şamo Muradov 30-dan çox layihədə məsləhətçi, 40-a yaxın şirkətdə təlimçi, 300-dən çox şirkətə isə beynəlxalq sertifikasiyalı auditor kimi xidmət göstərib. Özünüinkişaf istiqamətində Türkiyə və Avropa keyfiyyət konqresləri də daxil olmaqla 70-dən çox kurs və təlimlərə qatılıb.

Fərqli özəl şirkətlərdə və dövlət qurumlarında kadr potensialının gücləndirilməsi layihələrini və  IRCA qeydiyyatlı auditor təlimlərini də tədris edib.

Məzunumuzla qürur duyur, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay