A

UNEC news “UNEC istedadları” layihəsində Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Məlahət Həsənovanı təqdim edir.

M.Həsənova 1999-cu il sentyabrın 9-da anadan olub. Orta təhsilini Şamaxı şəhər 10 saylı orta məktəbdə alıb. Məktəbli vaxtlarında poeziyaya böyük maraq göstərən Məlahət tədbirlərdə fəal iştirak edərək təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb. Zamanla Məlahət şeirlər yazmağa başlayıb. Onun “Ulu Öndər”, “Dinlə məni ey Xocalım!”, “Qəlb yarası” və digər şeirləri böyük maraqla qarşılanaraq, mətbuatda çap olunub.

UNEC tələbəsinin istedadı poeziya ilə bitmir, o, rəsm sahəsində də öz bacarığı ilə seçilir. Əsasən qələmlə çəkməyə üstünlük verən Məlahət portret, təbiət rəsmləri və geyim modelləri çəkir.

O, incəsənətə olan marağı ilə yanaşı, dərslərinə də məsuliyyətlə yanaşır, universitetdə keçirilən tədbirlərdə, intellektual yarışlarda fəal iştirak edir. Məlahət UNEC-də keçirilən fakültədaxili “Nə? Harada? Nə zaman?” yarışmasının qalibi olub.

Hazırda UNEC-də maliyyə ixtisası üzrə təhsil alan Məlahət, gələcəkdə təhsilini magistratura pilləsi üzrə davam etdirməyi düşünür. O, maliyyə ixtisası ilə yanaşı, dizaynerlik bacarığını da inkişaf etdirməyi, dünyanın tanınmış dizaynerləri il bir sırada olmağı arzulayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay