A

“Həftənin kitabı” layihəsi “Biznes və iqtisadiyyat üçün STATİSTİKA” (Statistics for Business & Economics) kitabını təqdim edir.

Kitabın müəllifləri Devid R. Anderson, Denis C. Svini, Tomas A. Vilyams, Cefri D. Kem, Ceyms C. Kokran, Maykl C. Fray, Cefri V. Olmanndır.

Kitab biznes və iqtisadiyyatda statistik təhlil üzrə bilikləri təkmilləşdirmək üçün mükəmməl bələdçi sayılır. Belə ki, müasir biznes mühitində statistik verilənlərin qərarvermə prosesində oynadığı əhəmiyyətli rolu öyrədir.

Müəlliflər bu kitabda statistik anlayışları real dünya nümunələri ilə əlaqələndirərək praktik yanaşma təqdim ediblər. Həmçinin, kitabın bu yeni nəşri statistik metodologiyanın əsaslarını, problemlərin ssenari əsaslı həllini və müasir biznes statistikası sahəsindəki yenilikləri əhatə edir. 350-dən çox yeni və təsdiqlənmiş real biznes nümunələri, praktik halların geniş spektri və interaktiv tapşırıqlar statistikanın tətbiqi sferasını daha yaxşı qavramağa kömək edir. Kitab “JMP Student Edition” və “Excel” kimi aparıcı peşəkar statistik proqramlarla işin öyrənilməsini də dəstəkləyir. Bundan əlavə, “WebAssign” kimi onlayn kurs idarəetmə sistemləri vasitəsilə statistik yanaşmanı daha dərindən mənimsəmək üçün əlavə imkanlar yaradır.

Qeyd edək ki, kitab ilk dəfə 2017-ci ildə “Cengage Leaming” nəşriyyatında “Statistics for Business & Economics” adı ilə çapdan çıxıb və “TEAS Press”-də əsərin bu orijinalı əsasında azərbaycancaya tərcümə edilib. Kitab Heyran Əliyeva, Murad Yusifov, Vüqar Rəhimov, Dinar Həmidova tərəfindən tərcümə edilib. Layihənin rəhbəri Ülkər Hüseynovadır.    

“Korporativ maliyyə. Əsas prinsiplər” kitabı 2025-ci ildə “TEAS Press” nəşriyyat evində çapdan çıxıb. Kitab 1188 səhifədir. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR