A

“UNEC istedadları” layihəsinin budəfəki qəhrəmanı Biznes və menecment fakültəsinin IV kurs tələbəsi Hüseyn Hüseynlidir.

Hüseyn Hüseynli 26 noyabr 2000-ci ildə anadan olub. Kiçik yaşlarından döyüş idman növləri ilə məşğul olan Hüseyn iştirak etdiyi yarışları qələbə ilə başa vurub. Müdafiə Nazirliyi və Daxili Qoşunlarının komandanlığı tərəfindən diplomlarla təltif olunub. 2020-ci il yanvar ayından Azərbaycan Respublikası Pauerliftinq İdman Federasiyasının üzvüdür.

Milli yığma komandasının tərkibində olan idmançı 2021-ci ilin sentyabr ayında Azərbaycan Çempionu olub. 2021-ci ilin dekabr ayında isə Moskvada keçirilən Pauerliftinq və Bench Press  yarışlarında  Dünya Çempionu olaraq və 4 Yeni Dünya rekorduna imza atıb. Bench Press üzrə “Overall”, yəni “Mütləq ilk 3-lük” sahibi olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay