UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanın gənc istedadlarına dövlət qayğısı” adlı mövzuda seminar keçirilib.
Seminarı fakültə dekanı dos. Elman Cəfərov açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb. Müasir gəncliyin ulu öndərin siyasi irsini öyrənməli və gələcək nəsillərə ötürməli olduğunun əhəmiyyətini vurğulayıb.
Milli Məclisin komitə sədri Sadiq Qurbanov, UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış edərək, ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından, gənclərə olan diqqət və qayğıdan danışıblar.
Sonda seminar iştirakçılarının sualları məruzəçilər tərəfindən cavablandırılıb.