UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfransın “Ali təhsil sistemində yeni idarəetmə modeli” mövzusunda olan dəyirmi masada arxasında müzakirələri keçirilib.

Tədbirdə tədris üzrə prorektor dos. Gəray Musayev çıxış edərək iştirakçılara IV Sənaye inqilabı, təhsil sistemindəki yeniliklər və çağırışlar barədə ətraflı məlumat verib. O cümlədən, universitetlərdə effektiv idarəetmənin qurulması, idarəetmədə və tədris prosesində texnoloji vasitələrdən istifadənin səmərəliliyi, müxtəlif ixtisaslaşmalar üzrə institutlaşmış universitet modelinin tətbiqi, iş dünyası ilə universitetlər arasında əlaqələrin qurulması, təhsilalanların startap bacarıqlarının formalaşdırılması, akademik əməkdaşlığın inkişaf etdirilməsi, xarici dil proqramlarının təkmilləşdirilməsi, ümumilikdə ali təhsilin idarəedilməsində yeni tendensiyaların tətbiqi barədə geniş məruzə ilə çıxış edib.

Müzakirələrə qatılan professorlar Şahlar Əsgərov, Mehmet Yüce, dosent Əlifağa İsmayılzadə universitetlərin maliyyə vəsaitlərinin formalaşdırılması barədə  beynəlxalq təcrübəni bölüşüblər.

Dosentlər Zöhrab Paşayev, Elşad Səmədzadə və Şəfa Quliyeva və kafedranın müəllimi Lalə Nəcəfli isə Şərq-Qərb təhsil sistemi haqqında, o cümlədən elm-təhsil sahəsində xərclərin artırılması, distant təhsilin üstünlükləri və tədris metodikası haqqında məruzələrlə çıxış ediblər.

TOP XƏBƏRLƏR