×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Auditoriyada məzun var” layihəsi çərçivəsində Maliyyə və mühasibatlıq fakültəsinin tələbələri üçün “İş dünyasının reallıqları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim Şahlar Abbasov tərəfindən keçirilib və SM Business School tərəfindən həyata keçirilib.

Təlim zamanı iştirakçılara iş dünyasında gözləntilərlə real vəziyyət arasındakı fərqlər, işə qəbul prosesinin incəlikləri, karyera planlaması, effektiv ünsiyyət və şəxsi inkişaf mövzularında praktiki məlumatlar təqdim olunub. Eyni zamanda, real iş həyatından nümunələr və şəxsi təcrübələr paylaşılaraq tələbələrin əmək bazarına daha hazırlıqlı daxil olmalarının əhəmiyyəti vurğulanıb.

İnteraktiv formatda keçirilən təlim tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay