A

UNEC-də “İnkişaf etməkdə olan ölkələrin ümumdünya ticarətdə dəyişən mövqeləri: yeni bazarlar və kəskin rəqabət” mövzusunda vebinar keçirilib.

Vebinarın moderatoru, Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri i.ü.f.d. Sənnur Əliyev “Covid-19 pandemiyası sonrasında dünya ticarəti” mövzusunda təqdimatla çıxış edərək, əvvəlki böhranlarla müqayisədə pandemiyanın qlobal ticarətə təsirindən danışıb, bu sahəni daha da canlandırdığını bildirib. Mərkəz rəhbəri vurğulayıb ki, 2021-ci ildə əmtəə məhsullarının ixracatı pandemiya öncəsi rəqəmləri keçməsinə baxmayaraq, xidmətlər sektoru hələ də istənilən nəticəni ortaya qoya bilməyib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Gülçin Ələsgərova öz təqdimatında son dövrlərdə beynəlxalq ticarətdə yer alan əsas trendlər barədə ətraflı məlumat verib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Firuzə Hüseynova məruzə ilə çıxış edərək Fondun fəaliyyətindən danışıb, əsas fəaliyyət istiqamətinin qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması olduğunu qeyd edib.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə, UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev ÜTT-nin təcrübəsindən bəhs ediblər.

Daha sonra UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova çıxış edərək məruzəçilərə maraqlı çıxışlarına görə təşəkkürünü bildirib, gələcəkdə bu əməkdaşlığın davamlılığı barədə fikirlərini dilə gətirib.

Vebinarın sonunda məruzəçilər tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb, təklif və tövsiyələr səsləndirilib.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin təşkilatçılığı ilə keçirilən vebinar şöbənin facebook səhifəsi üzərindən canlı yayımlanıb.

Tədbiri izləyə bilərsiniz

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay