A

UNEC Dizayn Məktəbində qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və Dizayn ixtisasında təhsil alan tələbələr iştirak ediblər.

Tədbiri Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova açaraq, Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş olduğunu vurğulayıb.

Qonaq qismində dəvət olunan Azərbaycan Respublikasının xalq artisti, Nurəddin Mehdixanlı Aşıq Ələsgərin əsərlərinin Azərbaycan dilinin gözəlliyi ilə yanaşı təntənəsi, təbiiliyi, dəbdəbəsi və səmimiyyəti ilə seçildiyini dərin fəlsəfi fikirlərlə müdriklik və zəngin bədii qayə ilə ifadə olunduğunu bildirib.

Tədbirdə Azərbaycan dili kafedrasının dosenti Təranə Xəlilova Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb. O, qeyd edib ki, XIX əsr boyunca və XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər sazının, şeirinin, dastanının möcüzəsi ilə yeni dövr başlanıb. Şeirlərində bəşəri ideyaları, fəlsəfi dünyagörüşü, humanizmi, ülvi hissləri, vətənpərvərliyi, təbiətə və insanlığa sevgini, ədalətli, qürurlu yaşamağı təbliğ edən Aşıq Ələsgərin saz və söz sənətinin inkişafına müstəsna təsir göstərdiyini qeyd edib.

Daha sonra  Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Əmrahova Azərbaycan poeziyasının inkişafında Aşıq Ələsgərin müstəsna rolu və xidmətlərindən, eyni zamanda tanınmış ədiblərin ustad haqqında fikirlərinə toxunub.

Mühəndislik və tətbiqi elmlər  kafedrasının müdiri professor Rövnəq Rzayev məzmun baxımından zəngin, forma cəhətdən  rəngarəng olan Aşıq Ələsgərin əsərlərinin milli-mənəvi dəyərlərimizin, bədii sözün qüdrəti ilə  ədəbiyyatmızı daha da zənginləşdirdiyini və onun uzunömürlü, həmişəyaşar olması üçün böyük xidmət göstərdiyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay