A

UNEC-in 90 illiyi ilə bağlı tədbirlər çərçivəsində Maliyyə və mühasibat fakültəsində tanınmış məzunlarla professor-müəllim və tələbə heyətininn  növbəti onlayn görüşü təşkil olunub.

Maliyyə və mühasibat fakultəsində keçirilən növbəti görüş millət vəkili,  tanınmış iqtisadçı alim  Vüqar Bayramovla keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev UNEC-in 90 illiyi çərçivəsində  dövlətimizin ictimai-siyasi, iqtisadi həyatında yüksək mövqe qazanmış məzunlarla keçirilən görüşlərin əhəmiyyətindən, UNEC Məzunlar Assosiasiyasının yaradılması perspektivlərindən danışaraq, bunun bütövlükdə universitetin inkişafına,  ölkədə və dünyada nüfuzunun  daha da artmasına xidmət edəcəyini diqqətə çatdırıb.

Millət vəkili Vüqar Bayramov  müəllimləri, universitet əməkdaşları və tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, tələbəlik illəri, elmi-pedaqoji fəaliyyəti, rəhbəri olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD)  nailiyyətləri haqqında söhbət açıb.

Vüqar Bayramov təhsil aldığı və məzunu olduğu universitetdə aparılan islahatlardan, köklü dəyişikliklərdən, təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən  geniş bəhs edərək, bunun qürurverici olduğunu qeyd edib.

Daha sonra“Mühasibat uçotu və audit” kafedrasının müdiri prof. Sifariz Səbzəliyev, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının  müdiri prof. Ümüdvar Əliyev, “Maliyyə və maliyyə institutları” kafedrasının professorları  Mirələm Həsənli, Nizami Xudiyev, Elnur Sadıqov və digəriləri Vüqar Bayramova xoş arzularını çatdıraraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Görüşdə millət vəkili Vüqar Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay