A

azedu.az

Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakı Kristal zalında keçirdiyi möhtəşəm "Məzun günü" müzakirələrə səbəb olub. 4125 məzun, onların valideynləri və qonaqların iştirakı ilə keçirilən "Məzun günü"ndə 12000-ə yaxın insan iştirak edib.

AzEdu.az xəbər verir ki, təhsil eksperti  Etibar Əliyev də məzun günü təəssüratlarına biganə qalmayaraq bu barədə şəxsi Feysbuk hesabında yazıb.

Onun fikrincə, bu möhtəşəm gün məzunlar və valideynlərinin yaddaşında əbədi həkk olunub:

“UNEC rektoru professor Ədalət Muradovun, UNEC-in fəxri məzunu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun, yüksək nəticə gəstərən məzunların və yüksək nəticələr əldə edən tələbələrin çıxışı olduqca məzmunlu idi. Minlərlə iştirakçının alqışları ilə müşahidə olundu. UNEC-in düzənlədiyi bu tədbirin səviyyəsi həm də bu ali məktəbdə aparılan islahatların gerçəkliyini göstərdi. Bu cür tədbirlər məzunlara gələcək karyeraları üçün motivasiya verir və onların ardınca gələnləri daha yaxşı oxumağa sövq edir.

Əziz məzunlar! Yolunuz açıq olsun. Sizə həyatda uğurlar arzulayıram. Bilin ki, siz UNEC-in inkişafda olan dövründə məzun olmusunuz. Bununla qürur duyun...”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay