A

"Azərbaycan müəllimi" qəzeti

"Universitet məzunları ilə bağlı ən çox səsləndirilən fikirlərdən biri onların praktiki bacarıqlarının kifayət qədər olmamasıdır. Bu səbəbdən cari ilin sentyabr ayından etibarən ölkəmizdə və regionda ilk dəfə olaraq ikinci və üçüncü kurs tələbələri öz ixtisaslarına uyğun şəkildə bir semestr müddətində staj proqramlarına cəlb olunacaqlar". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında səsləndirib.

Rektorun sözlərinə görə, hər bir tələbə seçdiyi ixtisas üzrə müəssisələrdə təcrübə keçəcək, həmin sahənin tələblərini, iş mühitini və peşəkar fəaliyyət xüsusiyyətlərini yaxından öyrənəcək:

"Bunlar universitetimizin peşəkar və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində tətbiq etdiyi yanaşmalardır. Bununla yanaşı, universitetin əsas missiyalarından biri də gələcək nəslin formalaşdırılmasıdır. Biz istəyirik ki, məzunlarımız yalnız bilikli və bacarıqlı deyil, eyni zamanda vətənini, millətini və torpağını sevən, milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar olsunlar".

Ə.Muradov qeyd edib ki, bu, artıq yalnız təhsilin deyil, həm də mədəniyyətin predmetidir:
“Üç ildən artıqdır ki, bu istiqamətdə çalışırlar və mədəniyyətin təhsilə inteqrasiyasının ən effektiv formalarını araşdırılır. Məqsədimiz odur ki, məzunlarımız bilik və bacarıqlarla yanaşı, milli-mənəvi dəyərlərə sadiqlik keyfiyyətlərini də özlərində formalaşdırsınlar".

TOP XƏBƏRLƏR