Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində dünyanın müxtəlif ölkələrindən 20-yə yaxın əcnəbi magistrant təhsil alır.
UNEC-dən bildirilib ki, əcnəbi vətəndaşlar qəbul olmaq istədikləri ixtisasa elektron qaydada müraciət edirlər.
Namizədin öncəki ali təhsilinin magistraturadakı ixtisasa uyğunluğu yoxlandıqdan sonra müsahibəyə dəvət olunur.
Əcnəbi tələbə qəbulu mərkəzləşdirilmiş qaydada Beynəlxalq əlaqələr departamenti tərəfindən aparılır.