A

"APA Group”un rəhbəri Vüsalə Mahirqızı "UNEC ikili diplom sərgisi"ndə iştirak edib. V.Mahirqızı sərgi barədə təəssüratlarını bölüşüb:

Hər dəfə UNEC-ə dəvət olunanda sevinirəm, təhsilimizin adına pozitiv yeniliklərlə tanış olduğum yerdir. Bu dəfə rektor Ədalət müəllimin dəvəti ilə UNEC ikili diplom proqramları sərgisi ilə tanış olduq. UNEC tələbələrinə eyni təhsil müddətində daha bir xarici universitetin diplomunu qazanmaq şansını verir. 8 belə universitet var. Gənclərə əla fürsətdir.  Bir də diqqətimi çəkən Ədalət müəllimin xeyli gənci, həm də xarici təhsilli gəncləri universitetə işə cəlb etməsi oldu. Xeyli gəncimiz xaricdə təhsil alıb, dönüb və indi dekan işləyəni də var, müəllim kimi çalışanı da. Professor Ədalət Muradov şəxsən bizə, online media və biznes adamlarına maraqlı olan yeniliklərdən də danışdı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay