A

ABŞ-ın məşhur “Bank of New York Mellon (BNY Mellon)” bankının vitse prezidenti Emeric Crue UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri ilə görüşüb.

ISE-nin 3-cü kurs tələbələrinə “Maliyyə təhlili” üzrə açıq mühazirə keçən Emeric Crue onlara maliyyə riskləri, risklərin modelləşdirilməsi, kredit riskinin idarə edilməsi, Bazel prinsipləri, bank kapitalı və likvditlik barədə ətraflı məlumat verib.

Görüş zamanı bankın vitse prezidenti Emeric Crue ilə tələbələr arasında iflasa uğrayan dünya səviyyəli bankların təcrübəsi və yol verilən yanlışlıqlar barədə də fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay