A

Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Future Club tələbə təşkilatının təşkilatçılığı ilə “Rəqəmsal bacarıqlar” adlı seminar keçirilib.

Seminarda CODE Academy proqramlaşdırma tədrisinin rəhbəri Ehtiram Hacıxanov, Marketinq və Kommunikasiyalar departamentinin rəhbəri Gülşən Cumayeva, UNEC Future Club-ın sədri Murad Ələsgərli, təşkilatın fakültələr üzrə sədrləri, Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrinin, Dizayn Məktəbinin tələbələri iştirak ediblər.

Seminarda Ehtiram Hacıxanov tələbələrə dövrün ehtiyac duyulan İT yönümlü bacarıqları haqqında danışıb, az bilinsə də çox ehtiyac duyulan iş prisipləri haqqında məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay