“UNEC Future Club”un sədri olmaq istəyən namizədləri təqdim edirik.
Ülvi İbrahimov
17 mart 2005-ci ildə Şamaxıda anadan olmuşam. Orta təhsilimi Şamaxı rayon 2 nömrəli tam orta məktəbdə almışam. 2022-ci ildə UNEC-in Mühəndislik fakültəsinin "Sənaye mühəndisliyi” ixtisasına daxil olmuşam. Bir çox tələbə təşkilatların idarə heyətinin fəal üzvü olmuşam. Təhsil aldığım müddətdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm. Sertifikat və Fəxri fərmanla təltif olunmuşam. İndi isə fəaliyyətimi UNEC Future klubunun sədri olaraq davam etdirmək istəyirəm. Əgər seçilsəm, təşkilatı inkişaf etdirəcəyəm. Hər birinizin dəstəyinin gözləyirəm.
Ərkinaz Muradlı
11 mart 2003-cü ildə Bakıda anadan olmuşam. 2009-2014-cü ildə 267 nömrəli məktəbdə, 2018-2020-ci ildə 1 nömrəli məktəbdə təhsil almışam. 2020-ci ildə UNEC-in Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasına qəbul olmuşam. 3-cü kurs tələbəsiyəm. Təhsil aldığım müddətdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm, sertifikatlarla təltif olunmuşam. Hazırda UNEC Rəqəmsal Könüllülər təşkilatının, UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvüyəm. Radio UNEC-də “Hərflərin izi ilə” verilişinin aparıcısıyam. Formula 1 Qran-Prisi 2023 Könüllülər proqramında könüllü kimi fəaliyyət göstərmişəm.
İsmayıl Kərimov
2005-ci ilin avqustun 23-də Şabran rayonunda anadan olmuşam. 2022-ci ildə UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisasına qəbul olmuşam. Hazırda I kurs tələbəsiyəm. Respublika olimpiadalarından müxtəlif dərəcələr qazanmışam. Könüllülük proqramlarında iştirak etmişəm.
Bu il seçkilərdə UNEC Future Club-dan namizədliyimi irəli sürmüşəm. Hər bir namizədə uğurlar! Seçicilərdən ədalətli seçim gözləyirəm.