UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında növbəti təlim UNEC-in 4 saylı tədris binasında keçirilib.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində keçirilən təlimlər barədə iştirakçılara məlumat verib. Təhsilalanların kitabxana xidmətlərindən effektiv istifadə bacarıqlarının artırılması və mütaliəyə marağın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Y.Musayev açıq məlumat bazalarından səmərəli istifadə imkanlarını da əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirib.
Sonra 4 saylı kitabxananın müdiri Səidə Rzayeva “Ali təhsilin informasiya təminatında kitabxanaların rolu”, kitabxananın əməkdaşı Gülyanaq Verdiyeva isə “Kitabxana etikası: nəzəri və praktik baxış” mövzularında təqdimatla çıxış ediblər. Məruzəçilər keyfiyyətinin yüksəldilməsində akademik kitabxanaların rolundan, işgüzar etika və kitabxana etikasının əsas müddəalarından danışıblar.
Təqdimatlardan sonra tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb.