UNEC Dizayn Məktəbində 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (World Urban Forum – WUF13) həsr olunmuş maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə “Dizayn” kafedrasının müəllimi, UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin sədri Nərminə Namazova və UNEC Dizayn Məktəbinin 720 qrup tələbəsi, eyni zamanda WUF13 üzrə könüllülüyə namizəd Arzu Mirzəyeva məruzə ilə çıxış ediblər.
Çıxışlarda forumun Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, WUF13 ölkəmizin şəhərsalma sahəsində həyata keçirdiyi fəaliyyətlərin və gələcəyə yönəlmiş baxışının beynəlxalq ictimaiyyətə təqdim olunması üçün mühüm platformadır. Bununla yanaşı, forumun Azərbaycanda təşkili ölkənin artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.