UNEC-in SABAH Mərkəzinin Tələbə Elmi Cəmiyyəti tərəfindən “Şəhər iqtisadiyyatlarının gələcəyi: Dünya Şəhər Forumu gündəliyində innovasiya və texnologiyanın rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə şəhər iqtisadiyyatlarının gələcək inkişaf istiqamətləri, şəhərsalmada innovasiya və texnologiyanın tətbiqi, rəqəmsal transformasiya, “ağıllı şəhər” konsepsiyaları və davamlı inkişaf məsələləri müzakirə olunub.
Bildirilib ki, innovasiya və texnologiyanın şəhər iqtisadiyyatlarına inteqrasiyası şəhərlərin daha səmərəli idarə olunmasına və davamlı iqtisadi artımın təmin edilməsinə mühüm töhfə verir.
Dəyirmi masada Kənan Qayxıyev “Yeni şəhər sərhədlərinin xəritələşdirilməsi: Qlobal trendlərin iqtisadi nəzəriyyə vasitəsilə təhlili”, Aydan Mirzəliyeva “İnkişafın hərəkətverici qüvvəsi: Rəqəmsal innovasiya şəhər-kənd rifahının katalizatoru kimi”, Pərvin Mikayılova isə “Davamlı şəhər: Ağıllı logistika və İnklüziv İdarəetmə çərçivələrinin inteqrasiyası” mövzularında layihələrini təqdim ediblər. Təqdimatlardan sonra əsas məqamlar ətrafında müzakirələr aparılıb.