A

Aprelin 30-da Xarici Dillərin Tədrisi Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xarici dilin tədrisində süni intellekt yoxsa müəllim?” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin açılışında çıxış edən mərkəzin müdiri Aynur Mirzəyeva bildirib ki, əsas məqsəd tərəflərdən birini üstün tutmaq deyil, süni intellekt və ənənəvi müəllim yanaşmasının üstün və zəif cəhətlərini müqayisəli şəkildə təhlil edərək gələcək üçün daha optimal istiqamətləri müəyyənləşdirməkdir.

Dəyirmi masa zamanı mərkəzin müəllimləri – Nüşabə Quliyeva, Fidan Fətullayeva, Adilə Məlikova, Rəna Qurbanova və Günel Əliyeva, eləcə də Tələbə Elmi Cəmiyyətinin sədr müavini Xeyrəddin Əhmədov, mühəndislik fakültəsi üzrə sədr Elşən Orucov və digər iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Çıxışlarda süni intellektin təqdim etdiyi fərdiləşdirilmiş tədris imkanları, operativ geribildirim və çevik öyrənmə mühiti kimi üstünlüklər xüsusi vurğulanıb. Bununla yanaşı, müəllimin motivasiyaedici rolu, emosional zəka, fərdi yanaşma və pedaqoji təcrübəsinin əvəzolunmaz olduğu qeyd edilib.

İnteraktiv formatda keçirilən müzakirələrdə tələbələr müxtəlif mövqelərdən çıxış edərək maraqlı debat aparıblar.

TOP XƏBƏRLƏR