UNEC Dizayn Məktəbində “Süni intellektin imkanları və dizaynda tətbiqi” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin müəllimi, Tələbə Elmi Cəmiyyətinin sədri Nərminə Namazova çıxışında müasir dövrün ən актуal mövzularından biri olan süni intellektin geniş imkanlarından və onun dizayn sahəsində tətbiqindən bəhs edib. O bildirib ki, texnologiya artıq həyatımızın bir çox sahəsində, xüsusilə dizayn sahəsində mühüm rol oynayır və bu istiqamətdə yeniliklər sürətlə inkişaf edir.
Seminar zamanı qeyd olunub ki, süni intellekt istifadəçi davranışlarını analiz edərək hər bir fərd üçün fərqli və uyğun dizayn həlləri təklif edə bilir. Bu imkanlar xüsusilə marketinq və reklam sahəsində effektivliyin artırılmasına mühüm töhfə verir.
İnteraktiv formatda təşkil olunan seminar çərçivəsində tələbələrin mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb, süni intellektin praktik tətbiqləri ətrafında fikir mübadiləsi aparılıb.