A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri fakültə dekanı dosent Elman Cəfərov açaraq, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar barədə məlumat verib. 

Sonra Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev Azərbaycan Respublikasının müstəqillik tarixindən və qorunub saxlanılmasından bəhs edən məruzə ilə çıxış edib.

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay