A

ABB-nin, UNEC Karyera Mərkəzinin və UNEC SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə və bank sektoruna aid praktiki masterklasslar yekunlaşdırılıb.

Tələbələrin daim inkişafına və sosial fəaliyyətinə yönəldilən "Club"-un bağlanış tədbirində ABB-nin təcrübəli menecerləri, HR departamentinin direktoru Məlahət Abdullayeva, Mərkəzi Xəzinədarlıq Departamentinin Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin müdiri Rüfət Kərimov, UNEC SABAH Mərkəzinin dekanı dosent Aida Quliyeva, UNEC Karyera Mərkəzinin direktoru Aytac Rzayeva, SABAH Mərkəzinin və Karyera Mərkəzinin əməkdaşları, CLUB-un üzvləri olan tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Aida Quliyeva Club-da keçirilən masterklassların tələbələrin maliyyə və bank sektoruna dair praktiki biliklərinin artırılmasındakı mühüm əhəmiyyətindən danışıb. ABB əməkdaşlarının çıxışlarından sonra üzvlərə sertifikatların və kiçik hədiyyə setləri təqdim olunub.

Bağlanış tədbirinin sonunda Aytac Rzayeva növbəti tədris ilindən Club-un fəailiyyətinin daha da genişləndiriləcəyi, UNEC və digər Ali təhsil müəssisələrinin könüllülərinin müsabiqə və müsahibə əsasında Club-a üzv ola biləcəklərini qeyd edib. "UNEC SABAH The Bankers Club" unun məqsədi  Bank sektorunda çalışanlarla bu sahədə təhsil alan  tələbələri  birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, gələcək karyeraya yönəlikli münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay