A

Biznes və Menecment fakültəsi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan seminar keçirilib.

Seminarda Humanitar fənlər kafedrasının baş müəllimi, politoloq İbrahim Babayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Ümummilli liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay