A

UNEC-in Biznes və menecment fakültəsində İnsan hüquqları mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə İqtisadiyyat kafedrasının baş müəllimi Aytən İbadova çıxış edərək, bildirib ki, insan hüquq və azadlıqlarının təmini, o cümlədən qorunması demokratik cəmiyyətlərin əsas komponenti qismində çıxış edir. Aytən İbadova qeyd edib ki, Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. 

Çıxışın sonunda müəllim və tələbələr mövzu ətrafı maraqlı müzakirələr ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay