A

UNEC rektoru professor Ədalət Muradov tələbə təşkilatlarının yeni seçilmiş və səlahiyyət müddəti bitmiş rəhbərləri ilə görüşüb.

Yeni seçilən sədrləri təbrik edən rektor Ədalət Muradov tələbə təşkilatlarının fəaliyyətlərinin əhəmiyyətindən söz açıb. Tələbələrin idarəolunması, təklif və problemlərinin öyrənilməsi baxımından təşkilatların alternativinin olmadığını bildirib. Eyni zamanda tələbələrdə idarəetmə və təşkilatlanma bacarıqlarının formalaşmasına müsbət təsir etdiyini diqqətə çatdırıb.

Rektor yeni seçilmiş Tələbə-rektor Aysel Rzazadə, TEC sədri Jalə Teymurlu, TGT sədri Fidan Qəhrəmanova, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Nəsibə Quliyeva, Rəqəmsal Könüllülər Təşkilatının sədri Cəfərsadiq İbrahimov, UNEC Könüllüləri Təşkilatının sədri Vüsal Quluzadə və Future Club sədri Ülvi İbrahimova fəaliyyətlərində uğurlar arzulayıb. Onlara ictimai-sosial layihələrin hazırlanması, elmi yeniliklərin araşdırılması, könüllülük fəaliyyətinin genişləndirilməsi, yerli və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması istiqamətində təşəbbüskar olmağı tövsiyə edib.

Səlahiyyət müddəti başa çatmış Tələbə-rektor Cabbar Cəlilova, TEC sədri Nəzrin İbrahimliyə, TGT sədri Mətləb Qarayevə, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Nigar Quliyevaya, Rəqəmsal Könüllülər Təşkilatının sədri Əli Məmmədova, UNEC Könüllüləri Təşkilatının sədri İlham Əmrahova, UNEC Future Clubun sədri Murad Ələsgərliyə fəaliyyətinə görə bir daha təşəkkür edən rektor, onları universitetin ictimai-sosial həyatında fəal iştirak etdiklərinə görə “Fəxri Fərman”la təltif edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay