A

Azərbaycan bazarında 15 ildən artıq uğurla fəaliyyət göstərən və hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınan “Baker Tilly Azərbaycan” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün karyera saatı təşkil edib.

Tədbiri giriş sözü ilə açan UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev öz çıxışında “Baker Tilly Azərbaycan” şirkətinin təşəbbüsünə yüksək qiymət verərək, bu cür karyera saatlarının “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında rolundan bəhs edib.

Tədbirdə PR və marketinq direktoru Günel Abbasova “Baker Tilly baxışı”, HR meneceri Səbinə Qasımova “HR-a giriş”, audit senior Vaqif Nuriyev “Audit məsələləri”, Baker Akademiyasının direktoru Mətanət Bəkirova “Baker Tilly Akademiyası” və vergi məsələləri üzrə menecer Pərvin Abbasov “Vergi məsələləri” mövzusunda ətraflı təqdimatla çıxış ediblər.

Tədbirin sonunda mövzular ilə bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay