UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə “Süni intellektin təhsilin inkişafında rolu” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in elm üzrə prorektoru, professor Rövnəq Rzayev müasir dövrdə süni intellektin aktuallığından, onun cəmiyyət və bəşəriyyət üçün əhəmiyyətindən danışıb.
Sonra İnstitutun direktoru, professor Yadulla Həsənli çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini bölüşüb və müzakirə olunacaq məsələlərin əhəmiyyətini vurğulayıb.
Seminarda Rafail Rzayev “Süni intellektin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara süni intellektin mahiyyəti, inkişaf mərhələləri, təhsilin keyfiyyətinə təsir mexanizmləri, eləcə də bu texnologiyanın tətbiqi zamanı yaranan problemlər barədə ətraflı məlumat verib.
Eyni zamanda, UNEC-də aparılmış sorğunun nəticələri təqdim olunaraq süni intellektin təhsilin keyfiyyətinə təsiri qiymətləndirilib.
Seminar çərçivəsində keçirilən müzakirələrdə professor Zahid Məmmədov, dosentlər Nazim Hacıyev, Rəşad Hüseynov, Murad Bağırzadə, Elman İbişov və digər iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüblər.