A

UNEC-də təcrübə proqramında olan HES-SO-nun isveçrəli tələbələri üçün Unicapital İnvestisiya Şirkətinin Portfolio İdarəetmə şöbəsinin rəhbəri, eyni zamanda UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimi Seymur İbadov ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri, iqtisadiyyatın cari vəziyyəti haqqında mühazirə keçib.

Günün ikinci yarısında isveçrəli tələbələr Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfər ediblər. ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. Fondun Neft kontraktları departamentinin direktoru Əli Sultanlı, Risklərin idarəedilməsi departamentinin Modelləşdi̇rmə və gəlirlili̇yi̇n ölçülməsi̇ şöbəsinin baş təhlilçisi Şəhla Hüseynova və Büdcə proqnozlaşdırma və layihələr departamentinin Layihələr şöbəsinin baş iqtisadçısı Aysel Sadıqlının iştirakı ilə keçirilən infosessiyada tələbələrə ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, HPBS-lər, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay