A

Türk Dünyası İqtisad Fakültəsində (TÜDİFAK) birinci kurs tələbələri ilə görüş keçirilib.

TÜDİFAK-ın dekanı professor Dr.Mehmet Yüce yeni qəbul olan tələbələrlə görüşüb. Tələbə adını qazanması münasibətilə I kursları təbrik edən, Mehmet Yüce onlara təhsillərində uğurlar arzulayıb.

Tədbirdə həmçinin dekan müavinləri Dr. Yusif Əliyev, Cavahirxanım Məmmədova, kafedra müdiri Dr. Nurkhodzha Akbulaev və dekanlığın əməkdaşları iştirak ediblər. Tələbələrə təhsil aldıqları Türk Dünyası İqtisad Fakültəsinin üstünlüklərindən söz açan Cavahirxanım Məmmədova fakültəyə bu il 8 ixtisasa 276 tələbənin qəbul olduğunu, ən yüksək nəticənin isə “Maliyyə” ixtisası 566 bal olduğunu qeyd edib. Həmçinin tələbələrə UNEC-dəki tədris prosesinin və imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay