A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev çıxış edərək, ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan söz açıb. 30 il əvvəl Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğunu, bununla da xalqımızın bir əsrdə ikinci dəfə müstəqillik qazandığını bildirib. Ulu Öndərin siyasi kursunun davamçısı Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək, müstəqilliyimizin həmişəyaşarlığına imza atdığını və hər bir azərbaycanlının müstəqil dövlətimizlə qürur duyduğunu vurğulayıb. 

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR