A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TÜDİFAK) şəhid-məzunu Eldar Əliyevin xatirəsi anılıb.  

Şəhidin anım gününə həsr olunan onlayn seminarda TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və tələbələr Eldar Əliyevin keçdiyi qəhrəmanlıq yolundan qürur duyduqlarını bildiriblər, onun əziz xatirəsini əbədi olaraq yaşadacaqlarını qeyd ediblər.

Sonra UNEC kollektivi şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, önünə əklil və gül dəstələri düzüblər.

Eldar Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 18 oktyabrda Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay