UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) şəhid-məzunu Ağaəmi Heybətovun xatirəsi anılıb.
Şəhidin anım gününə həsr olunan seminarda TÜDİFAK-ın dekan müavini Cəvahir Məmmədova Ağaəmi Heybətovun keçdiyi qəhrəmanlıq yolundan qürur duyduqlarını bildirib, onun əziz xatirəsini əbədi olaraq bizimlə yaşayacağını qeyd edib.
Sonra TÜDİFAK-ın dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Maqsud Mirzəyev, UNEC Tələbə Elmi Cəmiyyətinin sədr müavini İlham Qulamhüseynov, UNEC Tələbə Elmi Cəmiyyətinin TÜDİFAK fakültəsinin sədri Həmidə İsgəndərli və tələbələr şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib, önünə əklil və gül dəstələri düzüblər.
Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da şəhidlik zirvəsinə ucalan A.Heybətov oktyabr 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.