A

UNEC-in Mühəndislik fakültəsində 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş seminar keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva tədbir iştirakçılarını müstəqilliyimizin bərpa edilməsinin 32-ci ildönümü münasibətilə təbrik edib. Müstəqilliyin bərpası tarixindən söz açan S.Abdullayeva Azərbaycanın XX əsrdə iki dəfə müstəqillik qazandığını, xalqımızın bu günü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qeyd etdiyini bildirib.

Sonra “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov çıxış edərək, bildirib ki, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan H.Cəfərov Ulu Öndərin ideyaları əsasında qorunan müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini və onun əbədiliyinin təmin edildiyini diqqətə çatdırıb.

Tədbir Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay