Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) 18 oktyabr- Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə ISE-nin direktor əvəzi İnara Rzayeva bu günün özəlliyindən, ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən danışıb.
Tədbirdə “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının gənc müəllimləri Nigar Hacıyeva və Nəzrin Axundzadə təqdimatla çıxış edərək, milli azadlıq hərəkatının, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin nəticəsində 1991-ci ildə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində ölkəmizin müstəqilliyinin yenidən bərpa olunmasını vurğulayıblar.