A

UNEC-də “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Azad Mirzəcanzadə inkişaf proqramı” barədə məlumatlandırıcı sessiya keçirilib.

Tədbirdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, tələbələr iştirak ediblər.

Təqdimat zamanı RİİB-in əməkdaşları proqramın məqsədi, icra mərhələləri, qeydiyyat və seçim prosesi ilə bağlı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş professor Azad Mirzəcanzadənin adını daşıyan proqramın məqsədi yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək olmaqdır.

Proqrama müraciət edənlərin təqdim etdikləri layihə ideyaları işçi qrupu tərəfindən qiymətləndiriləcək, aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay