A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin və  Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Mediasiya Şurasının nümayəndələrinin tələbələrlə görüşü keçirilib.

Görüşdə  Bakı 1 saylı Mediasiya Təşkilatının rəhbəri Şahin Məmmədrzalı tələbələrə mediasiya ilə bağlı maarifləndirici məlumat verərək, ölkəmizdə aparılan mediasiya islahatlarından danışıb.

TEC sədri Jalə Teymurlu isə Mediasiya Şurası və UNEC arasındakı əməkdaşlıq çərçivəsində görülən işlərdən bəhs edib.

Sonra mediasiyanın rolu və əhəmiyyəti  barədə müzakirələr olub və tələbələrin sualları cavablandırılıb.

Sonda iştirakçılara Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay