UNEC Elmi Şurasının Təhsilalanlarla İş üzrə Komissiyasının sədri, Biznes və Menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov tələbə rektor Aysel Rzazadə, Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu, Tələbə Gənclər Təşkilatının sədri Fidan Qəhrəmanova, Rəqəmsal Könüllülər Təşkilatının sədri Cəfərisadiq İbrahimov, UNEC Könüllüləri Təşkilatının sədri Vüsal Quluzadə və UNEC Future Club-ın sədri Ülvi İbrahimov ilə görüşüb.
Görüşdə dos. Mirağa Əhmədov təhsilalanların sosial fəaliyyəti, eləcə də tədris prosesi ilə bağlı mövcud durumları barədə təşkilat sədrləri ilə müzakirələr aparıb. Tələbə təşkilatlarının sədrlərinə təhsilalanların qarşılaşa biləcəkləri hər hansı problemlərin aradan qaldırılması istiqamətində, eləcə də tələbələrin sosial fəaliyyətlərə cəlb olunmasında fəal olmalarını tövsiyə edib.