Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə UNEC Debat Klubun 42-ci daxili turniri keçirilib.
Azərbaycan bölməsi üzrə 41komanda, rus bölməsi üzrə isə 18 komanda iştirak edib.
Final oyununa vəsiqə qazanan komandalar isə təsdiq mövqedə Azərbaycan bölməsi üzrə "Unecpolitan" (Sevinc Salmanova, Ulduz Məmmədova, Rəcəbəli Əbdüləziz) inkar mövqedə isə "Veni Vidi Vici" (Fateh Zərquliyev, Cabir Yəhya, Firuzə Teymurova) komandası olub və turnirin qalibi təsdiq komanda oldu. Rus bölməsi üzrə isə finalda təsdiq mövqedə "Nənənin gül balaları" (Zərifə Quluzadə, Aylin Manafzadə, Cahid Abbasov) inkar mövqedə isə "Суперкрошки" (Asim Sadullayev, Sema Velizadə, Ayan Səfərova) komandası oynayaraq, Rus bölməsi qalib gəlib.
Sonda qaliblər təltif olunublar.