A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində Zəfər Gününə həsr olunan ədəbi-bədii tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Fakültənin dekan müavini dos.Müşrəvan Əliyev tədbirin açılışında çıxış edərək, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. O, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanmasının və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin müasir tariximizin ən parlaq və şanlı səhifələrindən olduğunu deyib.

Fakültənin katibi dos. Pərviz Səmədov Azərbaycanın hərbi sahədə qazandığı qələbələrdən söz açaraq, şanlı qələbə nin zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmiz olduğunu bildirib.

Tədbir fakültədə keçirilən videoçarx müsabiqəsinin qalibi, I kurs tələbəsi Fidan Aslanovanın mükafatlandırılması ilə davam edib. Mükafatlandırılmadan sonra videoçarx iştirakçılara nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay